Bloq

İlk iş günü

İlk iş günü hər bir gənc insanın başına gələn bir prosesdir.

İlk iş günündə edəcəyimiz və uzaq durmalı olduğumuz bir çox məqamlar vardır. Bu məqamları diqqətli şəkildə tətbiq etməyiniz gələcək karyeranız üçün misli olmayan dəyər qatacaqdır.

Onu deyə bilərik ki, ilk iş günü çox həyəcanlı və çətin olur. Çünki ilk dəfə korporativ mühit və yeni proseslər görürük. Hərkəsin eyni hədəflər uğrunda çalışdığını görmüş oluruq.

 

Karyera həyatımıza başlayan zaman biz ən aşağı vəzifə olan təcrübəçi yaxud kiçik mütəxəssis/köməkçidən başlayırıq. 

İlk iş günündə edəcəyimiz məqamlar:

  1. Hər bir kəsi ümumi olaraq tanımaq,
  2. Ofisi kəşf etmək,
  3. Bizə daha yaxın vəzifələrdə işləyən şəxslərin əlaqə nömrələrini almaq və onlarla nahar fasiləsində qısa söhbətləşmək,
  4. Əmək haqqı verilməsi, cari proseslər, iş rejimi və s. barədə birbaşa rəhbər yaxud insan resurslarından məlumat almaq.

 

Uzaq duracağımız məqamlar:

  1. İşə başlayan kimi icazə, məzuniyyət proseslərini dərhal soruşmaq,
  2. Digər əməkdaşlara iş barədə hədsiz suallar vermək, (bəli suallarınız çoxdur lakin ona yavaş-yavaş cavablarını tapın)
  3. Sərt reaksiyalar vermək,
  4. Gördüyü hər prosesi rəhbərə bildirmək.

 

İlk iş günü nə qədər həyəcanlı olsa da, çox maraqlı gün olaraq həyatınızda iz buraxacaqdır. 

Menyu