Təlimlər

HR Master təlim proqramı


Təlimin məqsədi: İnsan Resursları sahəsində çalışan və bu sahə ilə maraqlanan şəxslərin İnsan Resurslarının İdarə Edilməsi ilə bağlı biliklərinin artırılması üçün nəzərdə tutulub.

Təlimin keçirilmə forması:
Əyani (ofisdə)
Təlimin tezliyi: Həftədə 2 dəfə olmaqla toplam 30 saat (2 ay)
Təlimin ödənişi: Birdəfəlik ödəniş - 400 azn, hissəli ödəniş 500 azn
Təlimin keçirilmə günləri və saatı: Təlim başlandıqdan sonra dəqiq qrafik bilinəcək.
Təlimin başlama tarixi:  Təlim başlandıqdan sonra dəqiq qrafik bilinəcək.

Təlimin modulları;

1) İnsan Resurslarının İdarə Edilməsi- 12 saat


- İnsan Resurslarının İdarə edilməsinin tarixi, metodologiyası,
- İnsan Resursları Planlaması, vəzifə təlimatları, iş yükü analizi, iş axışları,
- İnsan Resurslarında İşə Qəbulun rolu, funksiyası, metodologiyası, adaptasiya və oriyentasiya,
- Performansın idarə edilməsi, səriştə və növləri, performans qiymətləndirmə metodları,

- İnsan resursları biznes analitikası və prosedurlar.

2) Kadr inzibatçılığı- 18 saat


- Əmək qanunvericiliyinə giriş, işə qəbul və işdən azad olunma,
- İş və istirahət vaxtları, işçinin təminatları və dövlət qurumları ilə münasibətlər,
- Əmək haqqının hesablanması, müxtəlif iş rejimlərində çalışan işçilərin əmək haqqısının hesablanması,
- İşçi və işəgötürənin hüquqları, cərimə və sanksiyalar,
- Portallarla iş.



Hər modulun sonunda imtahan keçiriləcək və sonda imtahan nəticəsinə əsasən sertifikat təqdim ediləcəkdir.

Menyu