Təlimlər

Kadr uçotu təlim proqramı


Təlimin modulları: 2 modul (Əmək qanunvericiliyi, əmək haqqı hesablanması)
Təlimin keçirilmə forması: Əyani şəkildə
Təlimin tezliyi: Həftədə 2 dəfə olmaqla toplam 9 dərs.
Təlimin ödənişi: 250 azn (birdəfəlik ödəniş)
Təlimin keçirilmə günləri və saatı: 2 və 4-cü günlər 19:00-20:30
Təlimin başlama tarixi: 11 iyun 2024.
Təlimçi: İlkin Mirzəzadə (HR Hunter şirkətinin direktoru, İnsan resursları üzrə konsultant və təlimçi)


Təlimin mövzuları:


- Əmək qanunvericiliyinə giriş, əmək qanunvericiliyi sistemi, işə qəbul və işdən azad olunma,

- İş və istirahət vaxtları, işçinin təminatları və dövlət qurumları ilə münasibətlər,

- Sınaq müddəti, onun tənzimlənməsi, əmək şəraitinin şərtləri, əmək funksiyaları,

- Daimi və müvəqqəti əvəzetmələr, çoxnövbəli iş rejimi və cəmlənmiş uçot,

- İş və istirahət günləri, məzuniyyət, ezamiyyətlər,

- Əmək müqaviləsinə xitamlar, ixtisarlar, kvotalar,

- Əmək haqqının hesablanması, müxtəlif iş rejimlərində çalışan işçilərin əmək haqqısının hesablanması,

- Hamiləliyə və doğuma görə məzuniyyətlər və digər məzuniyyətlərin hesablanması,

- İşçi və işəgötürənin hüquqları, cərimə və sanksiyalar,

- Portallarla iş (ƏMAS, isb, e-sosial)


Təlim nəzəri və praktiki şəkildə keçirilir. Təlimin sonunda imtahan keçirilir və nəticəyə əsasən elektron identifikasiyalı rəsmi sertifikat verilir.

Menyu