Bloq

İşə qəbul zamanı diqqət ediləcək məqamlar

İşə qəbul prosesi bütün şəxslərin keçdiyi və bizim talehimizi həll edən mühüm proseslərdən biridir.
Nə qədər sadə görünsə və çoxlu məsləhətlər verilsə belə əksər namizədlər prosesə düzgün yanaşmadığına görə bir çox hallarda uğursuz olur. İlk edəcəyiniz məqamlardan biri, məhz işə qəbula proses kimi yanaşmağınızdır. Effektiv işə qəbul prosesi üçün aşağıdakı nüansları nəzərə almalısınız:
 
  1. Düzgün e-mail ünvanının olması,
  2. Sosial şəbəkə profillərinin (xüsusilə linkedin) qaydasında olması,
  3. Bilik və bacarığınızın yetərli olduğu vakansiyalara müraciət,
  4. Sahə üzrə bilik və bacarıqlarınızı daima təkmilləşdirmək,
  5. A-dan Z-yə bütün proseslərə səbrlə yanaşmaq.
 
İşə qəbul zamanı aşağıdakı nüansları etməyiniz sizə mənfi reputasiya gətirəcək:
  1. 1 vakansiya üzrə eyni vaxtda 1-dən artıq müraciət etmək,
  2. Telefon zənglərinə cavab verməmək,
  3. Elan edilməyən vakansiya üzrə bütün şirkətlərə CV yollamaq,
  4. İş elanı verən işə qəbul mütəxəssisinə normal müraciətlə yanaşı birbaşa yazıb soruşmaq (normalda uyğun gəlirsinizsə sizinlə onsuz da əlaqə saxlanacaq)
  5. İş təklifini qəbul edib, xırda səbəblərə görə işə başlamamaq.
 
Hər birinizə iş axtarışında uğurlar diləyirik!
Menyu