Bloq

Şirkətdə oğurluq hallarının qarşısının alınması

Bizneslərdə, xüsusilə satış tipli şirkətlərdə rəhbərliyin ən çox qarşılaşdığı problemlərdən biri işçilərin oğurluq hallarının olmasıdır. Oğurluq halı müxtəlif səbəblər vasitəsi ilə baş verir. Müəyyən zaman buna bəraət qazandırılsa belə, bu halların olması tamamilə yolverilməzdir. Oğurluqlar müxtəlif cür ola bilər: Pul, mal-əmtəə və s. Təbii ki, yolverilməzlilik amilini kənara qoyub biz əsas məqam olan bu halın həll edilməsinə yönəlməliyik. Şirkətdə oğurluq halı adətən bu hallardan baş verir:
  1. Şirkətdə sturuktur problemi var, rəhbərlər tez-tez dəyişir,
  2. Şirkətdə qohumluq münasibəti ifrat hal alıb,
  3. Ödənişlər fiziki şəkildə daha çox toplanır,
  4. Vahid sistem yoxdur və pul hesabatlılığı aparılmır,
  5. Daxili audit, maliyyə və mühasibatlıq effektiv işləmir yaxud əlbir olma ehtimalları var.


    Ümumi götürdükdə isə bu kimi halların baş verməsini 99% aradan qaldırmaq mümkündür. Lakin yenə də müəyyən problemlərin olması baş verə bilər. Gəlin indi bu kimi oğurluq hallarının baş verməsinin qarşısısının alınması üçün nələr etməliyik. 
     
  6. Daxili audit, maliyyə və mühasibatlıqda olan vəzifələrə güclü, dəqiq və dürüst şəxsləri təyin etməliyik,
  7. Fiziki şəxslərdən ödənişi maksimum şəkildə nağdsız və elektrona keçirməliyik. (Misal üçün ödəniş portalları, pos-terminallar və. s)
  8. Şirkətdə daim “gizli müştərilər” vasitəsi ilə müəyyən yoxlamalar aparmalıyıq,
  9. Anbar və mal sayımı düzgün həyata keçirilməli və hesabatlılığımızı düzgün şəkildə qurmalıyıq,
  10. Qohumluluq əlaqələrinin şirkətin daxili işlərinə qarışmasına yol verməməliyik,
  11. Ən əsası işçilərlə kommersiya sirri, tam maddi məsuliyyət, iltizam kimi müqavilələri imzalamalıyıq.
 
 
Son yekun fikrə gəlsək, təbii ki, bu kimi halların 0-a endirilməsi qeyri-mümkündür. Lakin göstərilən tədbirlərin icrası nəticəsində oğurluq halları mümkün olduğu qədər aşağı enəcəkdir.
 
Menyu