Bloq

Rəhbərin işçi qarşısında olan məsuliyyətləri

Hər bir iş yerində   rəhbər və işçi münasibətlərinin düzgün tənzimlənməsi olduqca vacibdir. Bir işin, biznesin əsas mərkəzini məhz işçilər təşkil edir. İşçilərlə münasibətlərin düzgün nizamlanması isə rəhbərin ən əsas məsuliyyətlərindən biridir. İşçilər yaxşı işləməzsə, hədəflərə çatmaq olmaz. Hədəflərə çatılmazsa, biznes inkişaf etməz. Ona görə də uğurlu biznes=uğurlu işçilər formulu daim işləkdir və qeyd-şərtsiz əməl olunması gərəkən amildir.

 

Rəhbərin və idarəçinin əsas 4 funksiyası var: 1) Planalma 2) Təşkiletmə 3) Motivasiya 4) Nəzarət

Rəhbər bu 4 funksiyanın düzgün icrası ilə, işçilərlə münasibətini düzgün tənzimləyə bilər. Yəni çox nəzarət edib, toksik mühit yaratmaqla işçi inkişaf etməz. Yaxud motivasiyanı çox verib nəzarətsiz buraxdıqda işlər çox pis hala düşər.

 

İşçilər aşağıdakı hallarda rəhbərdən “küsür”

  1. Verilən sözlər yerinə yetmədikdə,
  2. Haqsız yerə danlandıqda,
  3. Uğurlu anlarda təqdir edilmədikdə,
  4. Şəxsi həyat və iş həyatını ayrı tutmaq,
  5. Rəhbərin aqressiv stress yaratması və s.

 

Rəhbərin işçi qarşısında əsas məsuliyyətləri isə aşağıdakılardı:

  1. Hesabatlılıq- İşçiyə şirkətdə olan bitənlər barədə daim hesabat verməlidir. Onları bu barədə xəbərdar etməlidir.
  2. Əsas öhdəliklər- Əmək haqqının verilməsi, bonusların verilməsi və s. ödənişlərlə bağlı proseslərin vaxtında icra olunması.
  3. Müdafiə- Digər 3-cü şəxslərin haqsız tənqidi qarşısında işçisinin müdafiə edilməsi.

 

 

Menyu