Kargüzarlıq və sənədləşmə şirkətin, işçilərlə münasibətdə həmçinin ümumilikdə əmək münasibətləri sferasında ən mühim alətlərindən biridir. Düzgün sənədləşməsini qurmayan şirkət, gələcəkdə cərimə ilə qarşı qarşıya gəlir, işçilərlə danışıq dili düzgün olmur, biznesin əsas ana xəttindən çox bu işlərə vaxt ayırır.
Ən çox yayılan 10 kargüzarlıq səhvləri aşağıdakı kimidir:
- İşçi işə daxil olarkən, “işə qəbul ərizəsi”-nin alınması,
- Əmək müqaviləsinin yalnız elektron qeydiyyata alınması,
- Şəxsi işlərin düzgün yığılmaması,
- İşçinin sonuncu iş günündə, son haqq hesabın həmin gün vurulmaması,
- Əmək haqqı gecikməsi zamanı, əlavə hesablanacaq faiz borcunun düzgün ödənilməməsi,
- Kvotanın nəzərə alınmaması,
- Vaxtamuzd və işəmuzdun təsnifatının düzgün verilməməsi,
- Məzuniyyətlərin vəzifəyə görə düzgün verilməməsi,
- Müddətli əmək müqavilələri ilə bağlı düzgün xitam verilməməsi,
- Əmsallaşdırılmış məzuniyyətlərin səhv hesablanması.