Bloq

Şirkətdə sistemləşmə

Sistemləşmə, hər bir biznes subyekti üçün olduqca böyük amildir. Sistemsiz biznes hər an çökəcək vəziyyətə gələ bilər. Sistemsiz biznesdə hər zaman oğurluqlar, yeyintilər, işin vaxtında icra olunmaması və s. kimi problemlər olur. Bəs necə edək ki, biznesimiz sistemli olsun? Bunun sadə lakin bir o qədər mürəkkəb prosesləri olan alətlərlə tətbiq etmək mümkündür. Gəlin sistemli biznesin xüsusiyyətlərinə baxaq.
 
Biznes sistemli olarsa:
  1. Proseslər axıcı olur,
  2. İclaslar 15-20 dəqiqədən yuxarı olmur,
  3. Mənasız iclaslar keçirilmir və nəticə yönümlü qərarlar verilir,
  4. Hərkəs öz işini dəqiq bilir,
  5. Müştəri yönümlü proseslər qurulur.
 
Biznesin sistemli olmağı üçün nələr etməliyik:
  1. Biznesdə vahid tapşırıq (task) sistemi olmalıdır,
  2. Rəhbərlik öz vizyonunu işçilərlə paylaşmalıdır,
  3. Biznesdə hərkəs şirkət dəyərlərinə sadiq qalmalıdır,
  4. Vahid proqram təminatı vasitəsi ilə proseslər idarə olunmalıdır,
  5. Vahid proses və prosedurlar tətbiq olunmalıdır,
  6. Hərkəsin öz vəzifə təlimatı olmalıdır,
  7. Vaxtaşırı biznesdə yenilənmələr həyata keçirilməlidir.
 
 Biznesiniz nə qədər sistemli olacaqsa, prosesləriniz bir o qədər axıcı olacaqdır.
Menyu