Bloq

İxtisara düşən zaman nə edilməlidir?

İxtisara düşən zaman ilk edəcəyiniz məsələ əlbəttə ki, prosesi doğru anlamaqdır. İxtisarla indiki dövrdə hərkəs qarşılaşa bilər. Təbii ki, şirkətin edəcəyi ilk nəticə ixtisarı aparmaq olmamalıdır. Əgər bütün alətlər işə yaramazsa, onda ixtisar apara bilər. Çünki əməkdaşlar şirkətin brendini qaldıran və onu yüksəyə qaldıran şəxslərdi. İşçilər şirkətin ən dəyərli aktividir.
 
İxtisara düşən zaman diqqət edəcəyiniz əsas məqamlar:
  1. Sizə verilən ixtisar bildirişini vaxtında almağı tələb etmək (minimum 2 həftə öncə olmalıdır) 
  2. İxtisar edilən zaman, qalıq əmək haqqı və qalıq məzuniyyət ödənişindən savayı ixtisar kompensassiyası tələb etmək (minumum 1 orta aylıq əmək haqqı qədər)
  3. İxtisar zamanı həftədə 1 dəfə iş axtarmaq üçün ödənişli şəkildə işdən azad etmə mövcuddur
  4. İxtisarın aparılmasının həqiqiliyi sübut edilməlidir. 1 işçini işdən çıxarmaq üçün məqsədli şəkildə ixtisar prosesinə başlanıla bilməz.
 
Əlavə olaraq ixtisar prosesi barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə nəzər yetirə bilərsiniz. (Bax: Maddə 77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları)
Menyu