Bloq

Səriştə əsaslı işə qəbul

Normal standartlardan kənar səriştə əsaslı işə qəbul formatı təşkilatın inkişafı və düzgün kadrların cəlbi üçün olduqca vacibdir.
 
Standart suallar bizə sadəcə namizədin 5-10% keyfiyyətlərini ölçəcək qədər data verir. Həmçinin bu tip sualların əsas hissəsinin cavabları internetdə mövcuddur. Namizədlər isə bu suallara standart cavablar verir. Bizə əsas lazımlı məqam məhz namizədin səriştəsinə əsasən, vakansiya üçün uyğun olub olmayacağını təyin etməkdir.
 
Namizədin 6 əsas səriştəsinə baxaraq onun şirkət üçün düzgün vakant şəxs olmasına baxmaq mümkündür. Həmçinin namizədə sistem dəyişiklikləri, korporativ mədəniyyət, komandada işləmə, liderlik və inkişaf potensiallarına dair suallar verməklə 90% şirkətə uyğunluğun təyin etmək mümkündür.
Menyu