Bloq

Hədəf əsaslı performans sisteminin qurulması

Şirkətlərdə hədəf əsaslı performans sisteminin qurulması olduqca vacib bir məsələdir. Çünki hər bir kommersiya qurumunun biznes hədəfləri var. Həmin biznes hədəflərini işçilərlə paylaşdırmaq və onların fərdi hədəfləri etmək ən böyük hədəflərdən biri olmalıdır.
Lakin praktikada bu hədəflərin düzgün qurulmadığı və qurularkən böyük səhvlərə yol verildiyi görünür.
Hədəf əsaslı performans sistemi qurarkən nələrə diqqət yetirmək lazımdır?
  1. KPI sayı az olmalıdır,
  2. İnsan mərkəzli olmalıdır,
  3. Sadə və anlaşıqlı sistem olmalıdır,
  4. Komandanın motivasiyası nəzərə alınmalıdır,
  5. Əvvəlki sistemin əsas nüanslarına diqqət yetirilməlidir.
 
Bəzən praktikada KPI sayının 10-15 olması görsənir. Lakin işçinin əsas hədəfləri maksimum 3-4 olmaldır. Çünki hər birimiz heçbir zaman 10-15 hədəfə eyni anda fokuslana bilmərik.
 
Hədəf əsaslı performans sisteminin əsas məqsədi məhz biznes hədəflərinə çatmaq və rəqəmlərin dili ilə şirkəti böyütməkdir.
Menyu