Bloq

İşçilər arasında liderlərin yetişdirilməsi

İşçilərin karyera inkişafı zamanı mütləq sürətdə onların liderə və rəhbərə çevrilməsi ön plana çəkilməlidir. 
Bəzən şirkətlərdə bunu nəzərə almırlar və bunun özü sonrakı prosesdə işçinin robota dönməsinə səbəb olur. İşçinin liderə çevirilməsi prosesi mütləq sürətdə, işçi ilə razılaşdırılıb görülməlidir. İşçinin liderə çevrilməsi üçün aşağıdakı proseslər görülməlidir:
  1. Yumşaq bacarıqlarının (soft skills) yüksəldilməsi,
  2. İdarəetmə bacarıqlarının təkmilləşdirilməsi,
  3. Təlimlərə yönləndirmə və onların inkişafı,
  4. Rəy vermə mədəniyyətinin yüksəldilməsi,
  5. Məsuliyyət və səlahiyyətlərin verilməsi və s.
 
Təşkilatda mütləq sürətdə liderlər və rəhbərlər yetişməlidir. Bu özü özlüyündə bir çox müsbət amillərə yol açmaqdadır.
Menyu